“Roma” Zaniolonu cəzalandıra bilər

“Roma” yarımmüdafiəçi Nikolo Zaniolonun qış transfer pəncərəsində “Bornmut”a keçməkdən imtina etməsinə görə narazı qalıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  bu səbəbdən, “canavarlar” 23 yaşlı oyunçunu cəzalandıra bilər.

Paytaxt təmsilçisi italiyalı futbolçunun Premyer Liqa klubuna keçidi üçün 35 milyon avro istəyirdi.

Zaniolo bu mövsüm “Roma”nın heyətində bütün turnirlər daxil olmaqla 17 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button