“Keçmişi unutmalıyıq”
“Mançester Yunayted”in yarımmüdafiəçisi Fred qarşıdakı mövsümlə bağlı gözləntilərini bölüşüb.
Komanda.az ESPB-yə istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı futbolçu, qarşıdakı mövsümdə komandasının uğur qazanacağını deyib:
“Mançester Yunayted” keçən mövsüm liqada yaxşı çıxış etmədi. Kifayət qədər yaxşı deyildik. Lakin artıq gələcək, növbəti mövsüm haqqında düşünmək lazımdır. Keçmişi unutmalı, buraxılmış səhvləri müəyyən edib, onları təkrarlamamağa çalışmalıyıq”.
Fred, komandanın yeni baş məşqçisi Erik ten Haq haqda da danışıb.
“Ten Haq əla məşqçidir, “Mançester Yunayted”də böyük işlər görəcəyinə əminəm. Hər şeyi çox təfərrüatı ilə izah edir, həmişə bizdən nə isə tələb edir, bizimlə daim ünsiyyətdə olur. Bu, mən və komandam üçün vacibdir”.
Fred ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 35 matçda 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin