![](https://komanda.az/wp-content/uploads/2023/09/luis-enrike.jpeg)
“Keçən ildən məqsəd ən yaxşı komandanı yaratmaqdır”
PSJ-nin baş məşqçisi Luis Enrike cinah oyunçusu Xviça Kvaratsxeliyanın transferindən sonra komandadakı yüksək rəqabətdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın daha çox inkşaf etməsini istədiyini bildirib:
“Biz komandamızın addım-addım irəliləməsini istəyirik. Biz daha çox imkan və resurslara malik olmaq istəyirik. Sağlam komanda üçün rəqabət lazımdır, çünki PSJ daha da yaxşı oynaya bilər. Klubun idman rəhbərliyinin və əməkdaşlarının dəstəyi var. Keçən ildən məqsəd ən yaxşı komandanı yaratmaqdır”.
PSJ UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda Almaniyanın “Ştutqart” klubu ilə qarşılaşacaq. Oyun bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin