Kazemiroya verilən sarı vərəqə ləğv olundu
Madrid “Real”ının yarımmüdafiəçisi Kazemiroya bu mövsüm göstərilən sarı vərəqələrdən biri ləğv olunub.
Komanda.az xəbər verir ki, söhbət braziliyalı futbolçunun “Vilyarreal”la qarşılaşmada aldığı sarı vərəqədən gedir.
İspaniya La Liqasının 3-cü turu çərçivəsində keçirilən həmin oyun 2:2 hesabıyla başa çatmışdı. Kazemiro bu görüşün 90-cı dəqiqəsində sarı vərəqəyə layiq görülmüşdü.
Amma “Real” rəhbərliyi Kazemiroya göstərilən həmin vərəqənin haqsız olduğu ilə bağlı şikayət etmişdi. Həmin şikayətə baxılıb və nəhayət ki, Madrid təmsilçisinin etirazı qəbul olunub.
Bu qərardan sonra Kazemironun hesabında cari mövsümdə yenə 3 sarı vərəqə var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin