Nistelroy: “Kazemiro üçün xoşbəxtəm”
“Mançester Yunayted”in baş məşqçi əvəzi Rud van Nistelroy “Lester”lə oyundan (5:2) sonra Kazemiroya görə sevinib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Kazemiro üçün xoşbəxt olduğunu bildirib:
“Kazemiro üçün xoşbəxtəm. Onun məşq etmə tərzi, komandaya və kluba kömək etməsi hər kəs üçün nümunədir. Sevinirəm ki, o, bizimlədir, çətinliklərin öhdəsindən gəlir. “Liverpul”la oyundan sonra o, həddən artıq tənqidə məruz qaldı”.
Braziliyalı yarımmüdafiəçi dünən Liqa kuboku matçında dubl edib. Bu, Erik ten Haqın istefasından sonra komandanın ilk oyunu olub.
Kazemiro cari mövsümdə 13 matçda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin