MY Kazemironu satmaq istəyir
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az “90min”-ə istinadən xəbər verir ki, klub müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulan 31 yaşlı futbolçunu satmaq variantlarını nəzərdən keçirir
Kazemiro son vaxtlar zədə səbəbindən “qırmızı şeytanlar”ın oyunlarında iştirak etmir. Mançester klubu braziliyalı futbolçunun “Real”dan transferinə 80 milyon avro xərcləyib və onu satmaqla xərcini qismən kompensasiya etmək niyyətindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin