Kazemiro Ronaldo ilə eyni maaşı ala bilər


“Mançester Yunayted” Avropa Liqasını qazanaraq Çempionlar Liqasına vəsiqə əldə edərsə, komandanın yarımmüdafiəçisi Kazemironun maaşında ciddi artım olacaq.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun müqaviləsində İngiltərə klubunun Çempionlar Liqasına yüksələcəyi təqdirdə, maaşının 100 min funt sterlinq artırılacağı qeyd olunub. Nəticədə, onun həftəlik qazancı 500 min funt sterlinq olacaq.

Eyni maaşı “Mançester Yunayted”in keçmiş hücumçusu Kriştiano Ronaldo klubda ikinci dəfə çıxış etdiyi zaman alıb.

“Qırmızı şeytanlar” Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Atletik”i (Bilbao) 3:0 hesabı ilə məğlub edib. Cavab oyunu mayın 8-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button