Kazemiro “Real”dan ayrılmasının səbəbini açıqladı

“Real”dan ayrılaraq “Mançester Yunayted”ə keçən braziliyalı yarımmüdafiəçi Kazemiro “kral klubu” ilə vidalaşıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kazemiro, “Real”dan niyə ayrıldığının səbəbini də açıqlayıb:

“Mən özümlə böyük xoşbəxtlik və uğur hissini aparıram. 2013-cü ildə San-Paulodan ayrılarkən “Real” üçün hər şey edəcəyimi söylədim. Və belə də oldu. Bunu etdiyimi bilə-bilə sakit yatacam.

Həyatınızda mühüm qərarlar qəbul etmək həmişə çətindir. Çempionlar Liqasını qazandıqdan sonra agentimə dedim ki, “Real”dakı karyeramı bitmiş hesab edirəm. Mən dünyanın ən xoşbəxtiyəm, məncə, biz tarix yazdıq.

Həyat yoldaşım ilk gündən qərarımı dəstəklədi. Florentino Pereslə danışmaq mənim üçün çətin idi. Dürüstlük mənim üçün əsas dəyərlərdən biridir və mən onunla dürüst idim.

Yeni çağırışlar, yeni hədəflər axtarıram. Mən başqa mədəniyyət və başqa klubu sınamaq istəyirəm. “Real”dakı kimi “Mançester Yunayted”ə də kömək etmək istəyirəm. Mən ümidlə doluyam. Premyer Liqa bəyəndiyim turnirdir, həmişə orda oynamaq istəmişəm. Dəyişikliyə ehtiyacım var idi”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button