“Kazemiro qırmızı vərəqədən sonra çox məyus oldu” – Varan

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan komanda yoldaşı Kazemironun 4 oyunluq cəzalanması ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı yarımmüdafiəçinin bu səbəbdən çox məyus olduğunu deyib:

“O, bizim üçün çox vacib oyunçudur. Komandanın tarazlığını bərpa edir. Lakin hər mövqe üçün yaxşı futbolçularımız var. Növbəti oyunlara hazırlıqlar davam edir. Diqqətimizi qarşıdakı matçlara yönəltməliyik.

Məncə, Kazemiro qırmızı vərəqədən sonra çox məyus oldu. Heç bir oyunçu meydanı sona qədər tərk etmək istəmir. Bu, futbolun bir hissəsidir. Çox məyusedici haldır”.

Xatırladaq ki, braziliyalı futbolçu İngiltərə Premyer Liqasının 27-ci turunun “Sauthempton”la görüşündə (0:0) birbaşa qırmızı vərəqə ilə cəzalanıb. Bununla da, o, dörd oyun komandasına kömək edə bilməyəcək. Kazemiro İngiltərə Federasiya kubokunun “Fulhem”, ölkə çempionatının isə “Nyukasl”, “Brentford” və “Everton”la qarşılaşmalarını buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button