
Kazemiro narazıdır
“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro komandanın cari mövsümün başlanğıcındakı taktikasından narazıdır.
Komanda.az “Deadlinedaylive”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni şəraitdə özünü narahat hiss edir.
Kazemiro “Old Trafford”da “Liverpul”a qarşı son matçda (0:3) uğursuz çıxış edərək, iki qolda səhv edib. O, birinci hissədən sonra dəyişdirilib.
Kazemiro İngiltərə çempionatının bu mövsümündə 3 oyun keçirib, qol vurmayıb. Onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir və “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin