Kazemiro peşman olub
“Real”dan ayrılıb “Mançester Yunayted”ə keçən braziliyalı yarımmüdafiəçi Kazemiro peşmandır.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb. Mənbənin məlumatına görə, 30 yaşlı braziliyalı futbolçu yaxın ətrafı ilə söhbətində “Real”dan getdiyinə görə təəssüfləndiyini bildirib və vaxtı geriyə çəkə bilsə, Karlo Ançelottinin rəhbərliyi altında yenidən karyerasını davam etdirməyi arzuladığını deyib.
Kazemironun bu əhval-ruhiyyəsi MY-nin düşərgəsində oyun praktikasının olmaması ilə bağlıdır. Braziliyalı oyunçu hesab edir ki, komandanı Erik ten Haq idarə etdiyi müddətdə vəziyyət dəyişməyəcək. Ona görə də, o, əsas heyətdə yerini təmin etmək üçün icarəyə getməyi və ya daimi olaraq klubu tərk etməyi düşünür.
Kazemironun “Real”dan “Mançester Yunayted”ə transferi 70,65 milyon avroya başa gəlib. O, İngiltərə klubu ilə 30 iyun 2026-cı ilə qədər müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin