Kapitan tənqid olunan Kazemiro haqda: “Ona nəsə deməyimə ehtiyac yoxdur”
“Mançester Yunayted”in kapitanı Bruno Fernandes “Liverpul”la matçda (0:3) komandanın yarımmüdafiəçisi Kazemironun çətinlikləri ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun yaxşı oyunçu olduğunu bildirib:
“Kazemiro məndən daha təcrübəlidir. Ona nəsə deməyimə ehtiyac yoxdur. O, futbolun nə olduğunu çox gözəl bilir. O, dünyanın ən yaxşı iki klubunda oynayıb”.
32 yaşlı yarımmüdafiəçi bazar günü keçirilən matçda uğursuzluğa düçar olub və “qırmızı şeytanlar”ın məğlubiyyətinin əsas günahkarlarından birinə çevrilib.
Kazemiro “Mançester Yunayted”ə keçməzdən əvvəl 7 il “Real”da oynayıb və Madrid klubu ilə 5 dəfə Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin