Kazemiro karyerası ilə bağlı qərar verib

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro klubdan ayrılmaq niyyətində deyil.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, MLS-dən və Səudiyyə Ərəbistanından gələn sərfəli təkliflərə baxmayaraq, braziliyalı futbolçu karyerasını “qırmızı şeytanlar”da başa vurmaq istəyir.

Kazemironun bu qərarına komandanın baş məşqçisi Ruben Amorimin böyük təsiri olub. Portuqaliyalı mütəxəssis onu komandanın əsas fiqurlarından biri hesab edir.

33 yaşlı futbolçu 2022-ci ilin avqustundan “Mançester Yunayted”də çıxış edir. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button