Kazemiro Almaniya klubuna keçməkdən imtina edib

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro “Bayern”ə keçməkdən imtina edib.

Komanda.az “Trivela”-ya istinadən xəbər verir ki, bu yaxınlarda 32 yaşlı braziliyalı futbolçudan Münhen klubuna keçməyə münasibəti öyrənilsə də, o, Almaniyaya köçməkdən imtina edib.

Kazemiro 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, ötən mövsüm 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun MY ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button