
“Kayrat”ın baş məşqçisi: “Məyusuq”
“Kayrat”ın baş məşqçisi Rafael Urazbaxtin UEFA Çempionlar Liqasının 3-cü turunda Kiprin “Pafos” klubu ilə 0:0 hesablı heç-heçədən sonra oyunla bağlı fikirlərini bölüşüb.
Qazaxıstan təmsilçisi artıq 4-cü dəqiqədə rəqibin müdafiəçisi Joau Korreyanın qırmızı vərəqə alması ilə say üstünlüyü qazanıb, ancaq bunu qələbəyə çevirmək mümkün olmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qazaxıstanlı çalışdırıcı rəqibə də hörmətlə yanaşmaq lazım olduğunu bildirib:
“Oyunun əvvəlində qazandığımız üstünlükdən daha yaxşı istifadə etməliydik, buna görə məyusuq. Rəqibə də hörmətlə yanaşmaq lazımdır – onlar on nəfərlə çox yaxşı müdafiə olundular və hətta bir neçə təhlükəli epizod da yaratdılar. Bəzi anlarda bizə bəxt yardım etdi, bəzi hallarda isə qapıçımız Bekzat Anarbekov komandamızı xilas etdi”.
Baş məşqçi komandaya bu səviyyədə oyunlarda təcrübə toplamağın vacib olduğunu deyib:
“Futbolda ən önəmlisi cəsarətli, qərarlı və xarakterli oynamaqdır, xal özü gələcək. Futbolçular məyusdurlar, çünki bu gün real qələbə şansımız var idi, iki hissə ərzində çoxluqda oynadıq. Amma irəli baxmalı və inkişafa davam etməliyik”.
Bizi Facebook-da izləyin



