“Kayrat” heç kimdən qorxmamalıdır” – Sabiq futbolçu

“Barselona”nın sabiq futbolçusu Aleksandr Qleb “Kayrat”ın UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belaruslu sabiq futbolçu bunu deyib:

“Ölkəyə gözəl püşkatma ilə ulduz komandalar gələcək. Onlara hər andan həzz almalarını arzulayıram. “Kayrat” oynamalı və heç kimdən qorxmamalıdır”.

Qazaxıstan klubu Çempionlar Liqasının pley-off mərhələsində “Seltik”i ümumi hesabda (0:0, penaltilər 3:2) məğlub edib. Komanda liqa mərhələsində “Real”, “İnter”, “Brügge”, “Arsenal”, “Olimpiakos”, “Sportinq”, “Pafos” və eyni zamanda, “Qarabağ”ın rəqibi olan “Kopenhagen”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button