
“Kayrat” Çempionlar Liqasının əsas mərhələsində!
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Qazaxıstanın “Kayrat” komandası Şotlandiya “Seltik”ini üstələyib.
Hər iki oyun 0:0 hesabı ilə nəticələndiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan qazaxlar əsas mərhələyə yüksəlib – 3:2.
“Kayrat” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



