Kavaniyə 3 matçlıq cəza – irqçiliyə görə

“Mançester Yunayted”in hücumçusu Edinson Kavani İngiltərə Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalandırılıb.

Komanda.az xəbər verir ki, buna onun sosial şəbəkə hesabında irqçi ifadə işlətməsi səbəb olub.

Premyer Liqanın 10-cu turu çərçivəsində “Sauthempton”la qarşılaşan “Mançester Yunayted” məhz sonradan oyuna girən Kavaninin 2 qol və 1 məhsuldar ötürməsi sayəsində 3:2 hesablı qələbəyə sevinmişdi. Matçdan sonra “İnstaqram”da onu təbrik edən və “səni sevirəm, matador” sözlərini işlədən bir azarkeşə “təşəkkürlər, negrito” (kiçik zənci) cavabını verməsi uruqvaylı forvarda baha başa gəlib. Federasiya isə onu məhz bu sözlərinə görə 3 oyunluq cəzalandırmağa qərar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button