Kavaniyə 1+1 şərti ilə müqavilə təklif edilib
“Valensiya” azad agent statusunda olan uruqvaylı hücumçu Edinson Kavaniyə 1+1 şərti ilə müqavilə təklif edib.
Komanda.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “tvitter” hesabında məlumat yayıb. Xəbərdə bildirilir ki, “yarasalar” 35 yaşlı futbolçunun transfer məsələsində “Vilyarreal” və “Nitsa” ilə mübarizədə daha şanslıdır.
Kavaninin son klubu müqaviləsi 2022-ci il iyunun 30-da başa çatan “Mançester Yunayted” olub. Uruqvaylı hücumçu əvvəllər PSJ, “Napoli” və “Palermo”da da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin