“Neftçi”nin sabiq futbolçusundan PSJ-nin hücumçusu ilə bağlı açıqlama
PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq Edinson Kavani ilə bağlı açıqlama verilib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun qardaşı, vaxtı ilə Azərbaycanda “Neftçi”, “İnter” kimi klublarda çıxış etmiş Valter Quqlemon, Kavaniyə olan təkliflərlə bağlı bunları deyib:
“Hər şey ola bilər, çünki Kavani ilə maraqlanan bir çox klub var. “Napoli”yə gəlincə, onlarla əlaqəmiz olmayıb. O, karyerasını Cənubi Amerikada davam etdirə bilər. “Flamenqo”, “İnternasional” və “Palmeyras” klubları Kavani ilə maraqlanır. Argentinadan da onunla maraqlanan klub var”.
Kavani 2013-cü ildən PSJ-nin şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin