Futbolun dahiləri onlardır – Kavaniyə görə

“Boka Xuniors”un hücumçusu Edinson Kavani kimləri futbolun dahisi hesab etdiyini deyib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Argentina klubunun uruqvaylı futbolçusu özünü futbolun dahilərindən biri hesab etmir:

“Mən özümü futbol dahilərindən biri hesab etmirəm. Dahilər Dieqo Maradona, Lionel Messi, Ronaldinyo və Neymardır. Mən sadəcə, bacarıqlarını artıran çalışqan oyunçuyam. Hələ də qollara böyük susuzluğum var”.

Kavani Avropada PSJ, “Mançester Yunayted” və digər klublardakı çıxışı ilə tanınır. O, keçən yay “Boka Xuniors”a keçib və həmin vaxtdan 44 matçda iştirak edib, 20 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button