Kavani üçün daha bir “elçi”
Son günlər bir neçə klubun transfer hədəfində olan PSJ-nin futbolçusu Edinson Kavani daha bir klubun maraq dairəsindədir.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Atletiko” uruqvaylı hücumçunu transfer etmək niyyətindədir. “Mançester Yunayted”, “Yuventus”, “İnter” kimi klubların transfer hədəfində olan futbolçunun danışıqlara başladığı bildirilir.
Paris klubu müqaviləsi cari mövsümün sonunda bitəcək futbolçuya yeni müqavilə təklif etsə də, Kavaninin qərarını vermədiyi deyilir.
Kavani 2013-cü ildən PSJ-nin şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin