Kavani PSJ-dən ayrılacaq?

PSJ-nin forvardı Edinson Kavani komandadan ayrılacağı iddialarıyla bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, uruqvaylı hücumçu Paris təmsilçisində qalacağını deyib:
“PSJ ilə olan müqaviləmin müddəti bitənə qədər burda qalacam. Ola bilsin ki, karyeramı da PSJ-də bitirim. Mənim klubla 2020-ci ilə qədər müqaviləm var. Onda 33 yaşım olacaq və karyerama da yekun vura bilərəm”.
2013-cü ildən PSJ-də forma geyinən Kavani, cari mövsümdə 19 oyunda iştirak edərək, 13 qol vurub.
31 yaşlı forvardla “Çelsi” və “Napoli” yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin