
Kavani ilə müqavilə imzalamağa hazırdır – Fransa klubu
Uruqvaylı hücumçu Edinson Kavani karyerasını Fransada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun xidmətində “Nitsa” maraqlıdır. Fransa klubu Kavani ilə dərhal müqavilə imzalamağa hazırdır.
Kavani “Mançester Yunayted”lə müqaviləsi başa çatdığı üçün iyulun 1-dən azad agent statusundadır.
35 yaşlı uruqvaylı futbolçu ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 20 oyuna çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin