Kavani Forlana çatdı
Uruqvay millisi Amerika kubokunun 2-ci turunda Yaponiya ilə qollu bərabərə qalıb – 2:2.
Komanda.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşma Uruqvay millisinin hücumçusu Edinson Kavani üçün əlamətdar olub. Belə ki, 32 yaşlı futbolçu Yaponiya ilə matçda da iştirak edərək, yığmada 112-ci oyununu keçirib. O, bununla da, Uruqvay millisinin heyətində oyun sayına görə yığmanın sabiq üzvü Dieqo Forlana çatıb və 3-cü yerin sahibi olub.
Uruqvay millisinin heyətində ən çox oyun keçirən futbolçu Dieqo Qodindir. O, yığmada 129 oyuna çıxıb. İkinci sırada isə 125 oyunla Maksi Pereyradır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin