“Katalonların ölülərinə…” təhqiri cavabsız qalmadı

İspaniyanın “Ximnastik” klubu müdafiəçi Xose Kalderonla transfer razılaşmasını cəmi bir neçə saat sonra ləğv edib.

Komanda.az “Tarragona Diari”-yə istinadən xəbər verir ki, səbəb ispaniyalı futbolçunun kataloniyalılara qarşı təhqiramiz ifadələr işlətməsi olub.

2023-cü ildə “Kordoba”nın “Barselona B” üzərində qələbəsindən (1:1, 2:1) və Sequndaya yüksəlməsindən sonra Kalderon sosial şəbəkədə qalmaqallı açıqlama ilə yadda qalmışdı:

“Mən katalonların ölülərinə tüpürürəm”.

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado – həmin görüşdə “Barselona B”nin heyətində çıxış etmiş futbolçu – “Ximnastik”in bu qərarını dəstəkləyib. O, sözügedən xəbərin “instagram” paylaşımını bəyənərək və şərh yazaraq, klubun mövqeyinə dəstək ifadə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button