Kataloniya klublarının futbolçularına duş qadağası

“Barselona” və “Jirona”nın futbolçularına suya qənaət məqsədilə stadionda və klubun bazasında duşdan istifadə etmək qadağan edilib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, bu qadağalar Kataloniya hökumətinin regionda kəskin quraqlıq səbəbindən tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır. Tədbirlərin tətbiqi ilə bağlı məlumatı İqlim Dəyişikliyi ilə Mübarizə, Qida və Kənd Məsələləri üzrə nazir David Maskort təsdiqləyib.

16 turdan sonra “Jirona” 41 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. “Barselona” 34 xalla dördüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button