Kaşuk “Sabah”a gəlir? – Açıqlama

Hazırda azad agent olan ukraynalı futbolçu Aleksey Kaşukun gələcək taleyi sual altındadır.

Donetsk “Şaxtyor”undan ayrılan Kaşuk 2022-23-cü illərdə, icarə əsasında “Sabah”da forma geyinib. Elə buna görə də, onun yenidən Azərbaycan klubuna keçə biləcəyi söz-söhbəti yayılıb.

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məsələ ilə bağlı Komanda.az-a açıqlamasında belə deyib:

“Hazırda transfer çalışmalarımız davam edir. Ancaq hansı oyunçularla danışıq aparılması barədə məlumat verə bilmərik. Hansısa futbolçu ilə razılıq əldə olunsa, bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

O, eyni zamanda, “Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə səfər oyununun harada keçiriləcəyi ilə bağlı tezliklə məlumat alacaqlarını bildirib.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button