
Kassano Tottiyə “axmaq” dedi
“Roma”nın sabiq futbolçusu Françesko Totti Lionel Messinin uğurları barədə maraqlı fikirlər səsləndirib.
“Barselona” və PSJ-nin sabiq, hazırda isə “İnter Mayami”nin oyunçusu olan Messi rekord sayda – səkkiz dəfə “qızıl top”un sahibi olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Totti isə bunun mümkünlüyünü yalnız böyük klublarda oynamaqla əlaqələndirib:
“Düşünün, Messi 25 il “Roma”da oynasaydı, bircə dəfə də “qızıl top” qazanmazdı. O halda mən necə qazana bilərdim?”
Onun sabiq komanda yoldaşı Antonio Kassano isə zarafatla ona belə cavab verib:
“Sən axmaqsan, günah sənin özündədir. “Real”a getsəydin, bir neçə kubok qazanardın”.
2025-ci ilin “qızıl top” mükafatına PSJ-nin fransalı futbolçusu Osman Dembele layiq görülüb.
Bizi Facebook-da izləyin



