“İnzaqi mütləq postunu tərk etməlidir!”

Keçmiş hücumçu Antonio Kassano “İnter”in baş məşqçisi Simone İnzaqi haqda danışıb.

Komanda.az “Bobo TV”-yə istinadən xəbər verir ki, o, italiyalı mütəxəssisin Milan təmsilçisini tərk etməli olduğunu bildirib:

“Klub cəfəngiyyatla üz-üzədir. “İnter” Çempionlar Liqasının finalına yüksəldiyi üçün rəhbərlik İnzaqiyə inanır.

Onlar A Seriyasındakı uğursuzluğa məhəl qoymurlar. “İnter”in ölkə çempionatında bu cür çıxış etməsi yolverilməzdir. İnzaqi mütləq postunu tərk etməlidir!”

“Neradzurra” hazırda İtaliya çempionatının turnir cədvəlində 66 xalla üçüncüdür. Onlar Çempionlar Liqasının finalında “Mançester Siti” ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button