“Ronaldo hətta “ilk onluq”da deyil” – Keçmiş futbolçu

Antonio Kassano “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu bütün zamanların ən yaxşı futbolçuları siyahısında göstərməməsinə münasibətini açıqlayıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, İtaliya millisinin keçmiş hücumçusuna görə, Ronaldo hətta “ilk onluq”da belə, deyil:

“Əvvəllər braziliyalı Ronaldonun bir nömrəli futbolçu olduğunu söylədim. Kriştiano Ronaldo isə hətta “ilk onluq”da deyil. Çünki mənim üçün oyunçu keyfiyyəti başqa şeydir”.

Kassano dəfələrlə Ronaldonu futbolçu kimi bəyənmədiyini söyləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button