Kasilyas namizəd olacaq – Federasiya prezidentliyinə
Hazırda Portuqaliyanın “Portu” klubunun şərəfini qoruyan İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti ola bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Real”ın sabiq qapıçısı mart ayında federasiya prezidentliyinə keçiriləcək seçkilərdə iştirak edəcək. O, federasiyanın hazırkı rəhbəri Luis Rubialesə rəqib olacaq.
38 yaşlı qapıçının mövsümün sonunda karyerasını bitirərək, rəsmi vəzifədə yer almaq istədiyi bildirilir.
İspaniya millisinin keçmiş üzvü olan qolkiper, 1999-2015-ci illərdə “Real”ın şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin