
Kasilyas “Real”a qayıtdı – rəsmi
İspaniyanın “Real” klubunun keçmiş qapıçısı İker Kasilyas doğma komandasına qayıdıb.
Komanda.az xəbər verir ki, Kasilyas klubun fondunda direktor müavini vəzifəsində çalışacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
1999-2015-ci illərdə “Real”ın əsas komandasında oynayan Kasilyas, yayda karyerasını bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin