Kasilyas federasiya rəhbəri olmaq fikrindən əl çəkib

“Real”ın və İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının rəhbəri olmaq fikrindən əl çəkib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, bu barədə keçmiş qapıçı özü məlumat verib:

“Bir vaxtlar bu posta namizəd idim, amma indi qərara gəldim ki, bir daha bu vəzifəyə getməyəcəm. İspaniya Kral Futbol Federasiyasının etdiyi hər şey mənim dəyər verdiyim şey deyil”.

Kasilyas 2020-ci ildə İspaniya Kral Futbol Federasiyasının rəhbəri postuna namizədliyini irəli sürmüş, lakin koronavirus pandemiyası başlayandan sonra seçkilərdə iştirakdan imtina etmişdi. Həmin vaxt sabiq qapıçı bu qərarını ağır sosial-iqtisadi vəziyyətlə yanaşı, öz səhhəti ilə izah etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button