Kasilyas Benzema haqda: “K9 Allahdır!”

“Real”ın keçmiş qapıçısı İker Kasilyas Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real” – “Çelsi” oyunundan sonra maraqlı paylaşım edib.

Komanda.az xəbər verir ki, o, “tvitter” hesabında “Çelsi” ilə oyunda het-trik edən Kərim Benzemanın ünvanına tərif yağdırıb:

“K9 hörümçək adamdır. K9 qapıçıdır. K9 ən yaxşı dostunuzdur. K9 nənənizdir. K9 ABŞ-ın prezidentidir. K9 sizinlə birlikdə paraşütlə tullanan təlimatçıdır. K9 sizin qoruyucu mələyinizdir. K9 Allahdır!”

“Real” “Çelsi”yə 3:1 hesabı ilə qalib gəlib. “Real”ın hər üç qolunun müəllifi Benzema olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button