“Kaş ki, 25 yaşım olaydı və daha 5-6 il “Real”da qalardım”

“Əl-Qarafa”nın hücumçusu Xoselu “Real”da keçirdiyi mövsümü xatırladıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu uşaqlıq arzusunu həyata keçirməyin ona nəsib olduğunu bildirib:

“Kaş ki, 25 yaşım olaydı və daha 5-6 il “Real”da qalardım. Amma uşaqlıq arzumu həyata keçirmək və bu klubda oynamaq mənə nəsib olub. Həmin mövsüm birlikdə əldə etdiyimiz hər şeyi nəzərə alsaq, mənim başıma gələn ən yaxşı şey oldu”.

Xoselu “kral klubu”ndakı mövsümü “Espanyol”dan icarə əsasında keçirib. 34 yaşlı futbolçu özünü sübut etməyi bacarıb və “Real”da keçirdiyi qısa müddətdən sonra Qətərin “Əl-Qarafa” klubundan sərfəli təklif alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button