Karyerasını Türkiyədə davam etdirə bilər – “Mançester Yunayted”in futbolçusu
“Mançester Yunayted”in yarımmüdafiəçisi Antoni mütəmadi olaraq transfer söz-söhbətlərinin mövzusu olur.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun yay transfer pəncərəsinin hələ də açıq olduğu vaxtda Türkiyəyə köçməsi ilə bağlı məlumatlar var. Bununla belə, o, “Mançester Yunayted”dən ayrılmaq istəmir.
Antoninin “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. 24 yaşlı oyunçu komandanın heyətində 83 rəsmi oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Türkiyədə transfer pəncərəsi sentyabrın 13-də bağlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin