Karyerasını ölkəsində davam etdirə bilər
“Vest Hem”in italiyalı hücumçusu Canluka Skamakka karyerasını ölkəsində davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” 24 yaşlı futbolçunu transfer etməkdə iddialıdır. Paytaxt təmsilçisinin nümayəndələri bu həftə futbolçunun agenti ilə görüşəcəklər.
Canluka öncədən İtaliyanın “Sassuolo” (2017-2022), “Kremoneze” (2018, icarə), “Askoli” (2019-2020, icarə), “Cenoa” (2020-2021, icarə) kimi klublarında çıxış edib.
Skamakka 2022/23 mövsümündə “çəkicdöyənlər”in heyətində bütün turnirlər daxil olmaqla 27 oyuna çıxıb və 8 qol vurub.
“Vest Hem” Avropa Konfrans Liqasının son finalında “Fiorentina”nı məğlub edib (2:1). Komanda 58 ildən sonra ilk dəfə avrokubokların final görüşündə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin