
“Karyerasını nəzərə alsaq, Mbappe “qızıl top”a layiqdir”
PSJ-nin forvardı Osman Dembele “Real”ın hücumçusu Kilian Mbappenin “qızıl top”u qazanmaq şanslarından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun mövsümə çox yaxşı başladığını söyləyib:
“Mbappe “qızıl top”a layiqdirmi? Karyerasını nəzərə alsaq, o, buna layiqdir. Mövsümə çox yaxşı başladı, qollar vurur. O, mənim dostumdur və ümid edirəm ki, belə davam edəcək. Ümid edirəm ki, o, bir gün “qızıl top”u qazanar”.
Dembele və Mbappe Fransa millisində komanda yoldaşıdır. PSJ-nin futbolçusu bu il “qızıl top” mükafatına sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



