
Karyerasını bitirir – 40 yaşında
Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun müdafiəçisi Makoto Hasebe mövsümün sonunda karyerasını bitirmək qərarını açıqlayıb.
Komanda.az “Eintracht”-a istinadən xəbər verir ki, yaponiyalı futbolçu bu qərar haqda diqqətlə düşündüyünü bildirib:
“Mən bu qərar haqqında diqqətlə düşünmüşəm və fikirləşirəm ki, indi doğru vaxtdır”.
40 yaşlı yapon futbolçunun klub səviyyəsində 700-ə yaxın rəsmi oyunu, həmçinin, Yaponiya millisində 114 matçı var.
Hasebe 2014-cü ilin yayından “Ayntraxt”da çıxış edir. O vaxtdan bəri müdafiəçi 303 rəsmi oyun keçirib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin