Karyerasını bitirən Varan harada işləyəcəyini açıqladı

Dizindəki zədə müdafiəçi Rafael Varanı 31 yaşında futboldan getməyə məcbur edib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında “Komo”da qalacağını bildirib:

“Meydandan kənarda yeni həyat başlayır. “Komo”da qalacam. Mən sadəcə butslarımdan istifadə etməyəcəm. Tezliklə bu haqda daha çox məlumat paylaşmağı səbirsizliklə gözləyirəm”.

Varan yayda “Komo”ya keçsə də, o, burada cəmi bir oyun keçirib. O, İtaliya klubunda işləməyə davam edəcək.

“Komo” hazırda İtaliya çempionatının turnir cədvəlində 15-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button