
ÇL: “2021-ci ilin sentyabrından bəri cərimə zərbələrindən qol vurmurduq”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”la matçda (3:0) Deklan Raysın cərimə zərbəsindən vurduğu iki qolu şərh edib.
Komanda.az “Amazon Prime”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bunun futbolun gözəlliyi olduğunu bildirib:
“Bu, futbolun gözəlliyidir. 2021-ci ilin sentyabrından bəri cərimə zərbələrindən qol vurmurduq və bu gecə Çempionlar Liqasında evdə “Real”a qarşı bunu 13 dəqiqə ərzində iki dəfə etdik”.
İngiltərəli oyunçu 58 və 70-ci dəqiqələrdə təyin olunan qayda pozuntusundan sonra yerinə yetirdiyi cərimə zərbələrini qola çevirib. Beş dəqiqə sonra isə Mikel Merino hesabı 3:0-a çatdırıb.
Maraqlıdır ki, “Real”la görüşə qədər Deklan Rays klub karyerasında heç vaxt cərimə zərbəsindən qol vurmamışdı.
Bizi Facebook-da izləyin



