Bojinov İtaliyaya qayıdır

Karyerası ərzində “Mançester Siti”, “Yuventus” kimi klublarda forma geyinmiş Valeri Bojinovun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçu “Peskara” klubuna keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, bolqar hücumçunun keçidinin yaxın zamanda rəsmiləşəcəyi bildirilib.

Karyerası ərzində “Fiorentina”, “Mançester Siti”, “Yuventus”, “Parma”, “Sportinq” (Lissabon) kimi komandalarda çıxış edən Bojinov, son olaraq Bolqarıstanın “Botev” klubunun uğurları üçün çalışırdı. Hücumçu yanvardan azad agent statusu daşıyır.

Bojinov 43 dəfə Bolqarıstan millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button