“Karyeramın ən yaxşı vaxtları idi, ora çox xoşuma gəlirdi”
“Yuventus”un hücumçusu Moyze Kin PSJ-də çıxış etdiyi illər barədə xatirələrini bölüşüb.
Komanda.az “views.fr”-ə istinadən xəbər verir ki, o, Paris klubunu çox xoşladığını bildirib:
“Karyeramın ən yaxşı vaxtları idi, ora çox xoşuma gəlirdi. PSJ-də öyrəndiklərimi və keçirdiyim gözəl anları unutmayacam”.
Kin, “Yenidən Fransa klubuna qayıda bilərsən” sualını belə cavablandırıb:
“Bu barədə heç nə bilmirəm. Hər keçən gün ən yaxşı hücumçulardan biri olmaq üçün yaşayıram”.
İtaliyalı forvard 2020/21 mövsümündə PSJ-də forma geyinib. O, paytaxt təmsilçisinin heyətində 41 oyuna çıxıb, 17 qol vurub və 1 məhsuldar ötürmə edib.
Moyze Kin cari mövsümdə “qoca sinyora”nın heyətində 39 oyuna çıxıb, səkkiz qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin