“Onun toxunduğu hər şey qızıla çevrilir” – Ramos
İspaniya La Liqasının 37-ci turu çərçivəsində “Vilyarreal”a 2:1 hesabı ilə qalib gələrək, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirən “Real”ın futbolçusu Serxio Ramos açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, “kral klubu”nun kapitanı çempionluqla, baş məşqçi Zinəddin Zidanla bağlı fikirlərini bölüşüb:
“Çox çalışmağımız, qərarlığımızın qarşılığında qazandığımız bir mükafat oldu. Daha fərqli mövsüm oldu, fasilədən sonra çempionluğu qazanmaq mövzusunda qərarlı idik. “Barselona” bizdən iki xal öndə idi, səhv etmək şansımız yox idi. Zidan hər zaman futbolçularına güvəndi və biz də onun tərəfindən dəstəkləndiyimizi hiss edirdik. Onun toxunduğu hər şey qızıla çevrilir. O, bənzərsiz məşqçidir.
Burda olduğum üçün xoşbəxtəm və hər kəs bunu bilir. Karyeramı “Real”da bitirmək istəyirəm”.
Bizi Facebook-da izləyin