“Hələ də futbola həvəsim olduğunu göstərmək istəyirəm” – Suares
“İnter Mayami”nin hücumçusu Luis Suares klubu ilə yeni müqavilə imzalamaq istəyir.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu karyerası haqda bunları deyib:
“Karyeramı davam etdirmək istəyirəm. Mən hələ də futbola həvəsim olduğunu və bu klub üçün tarix yaratmaq istədiyimi göstərmək istəyirəm”.
37 yaşlı Suares karyerası ərzində “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona”, “Atletiko” və “Qremio”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin