“Karyeramı bitirsəm, İtaliyanın “müdafiə oyunu dövrü” sona çatacaq”

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi 2024-cü ildə karyerasını bitirə biləcəyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da, o, İtaliyada “müdafiə oyunu dövrü”nün yekunlaşacağını söyləyib:

“Gələn il karyeramı bitirsəm, İtaliyanın “müdafiə oyunu dövrü” sona çatacaq. Bu, zirvədə olmaqdan qürur duymaq üçün səbəb ola bilər. Ümid edirəm ki, italyanlar Paolo Maldini, Franko Barezi, Alessandro Nesta, Fabio Kannavaronu kumirləri hesab etdikləri kimi, Canluici Buffonu, Andrea Barzaqlini, Corco Kyellinini və məni də kumir olaraq görəcəklər. Bu, bizim futbolda çox şey qazandığımızı sübut edəcək”.

36 yaşlı futbolçu 8 dəfə İtaliya A Seriyasını, 3 dəfə İtaliya kubokunu, 5 dəfə İtaliya superkubokunu qazanıb. O, İtaliya milli komandasının heyətində AÇ-2020-nin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button