“Karyeramı bitirmək fikri heç vaxt olmayıb” – azərbaycanlı futbolçu
Rusiyanın “Arsenal” klubunun azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev Tula komandasının oyununu dəyərləndirib.
Komanda.az xəbər verir ki, Quliyev, klubun mətbuat xidmətinə açıqlamasında heç vaxt karyerasını bitirmək fikrində olmadığını da bildirib:
“Əlbəttə ki, karyeramı bitirmək fikri heç vaxt olmayıb. Mən karyeramla bağlı heç təşvişə də düşməmişəm. Əmin idim ki, hər şey düzələcək və futbola qayıdacam. Oynamaqla, meydana çıxmaqla formaya düşmək çox asandır və heç bir məşq bunu əvəz edə bilməz. Əsas odur ki, uzun bir fasilədən sonra bədəni çox yükləməmək üçün vaxtı düzgün hesablayın.
Məşqçilərimiz bizə həmişə düzgün məlumatları çatdırmağa çalışırlar. Səhvlərimizi düzəltməyə çalışırıq, lakin hər oyun fərqlidir. Futbolda hər şey bir-birinə bağlıdır və bütün səhvləri bir anda aradan qaldırmaq mümkün deyil. Təəssüf ki, çox qol buraxırıq. Bəzi qolların qarşısını ala bilərdik”.
Quliyev 2021-ci ildən “Arsenal”da forma geyinir.
Bizi Facebook-da izləyin