“Karyeramı bitirəndən sonra futboldan uzaq olacam” – İquayn
Argentinalı hücumçu Qonsalo İquayn futbolçu həyatından danışıb.
Komanda.az “Primer impact”a istinadən xəbər verir ki, MLS klublarından “İnter Mayami”nin formasını geyinən İquayn, karyerasını bitirdikdən sonra futboldan uzaq olacağını bildirib:
“İnsanlar futbolçu olmağın nə demək olduğunu bilmirlər. Onlar elə bilirlər ki, sənə yalnız futbol oynamaq lazımdır, vəssalam. Amma bizim də sizin kimi valideynlərimiz var. Biz də hamı kimi eyni əziyyəti yaşayırıq.
Karyeramı bitirəndən sonra futboldan uzaq olacam. Çox uzaq… Karyeramı davam etdirdiyim müddətdə futboldan həzz alacam. Amma sonra topa yaxınlaşmaq belə, istəmirəm.
Futbol oynamağa başlayanda deyirsən: “Vay, hər şey yaxşıdır”. Ancaq bu sahəni daha yaxından tanıyanda pislik, paxıllıq, qısqanclıqla qarşılaşırsan. Onsuz da həyatımda ən vacib olanlar var: həyat yoldaşım və qızım. Niyə özümü yenidən o “balon”a salım? Xeyr, bunu etməyəcəm”.
İquayn karyerası ərzində “Juventus”, “Real”, “Napoli”, “Milan”, Çelsi” kimi klublarda çıxış edib.
Bizi Facebook-da izləyin