“Karyeram ərzində etdiklərim mənim adıma danışır” – Ronaldo
UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində İsveçə 2:0 hesabı ilə qalib gələn Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo açıqlama verib.
Komanda.az xəbər verir ki, oyunda hər iki qolun müəllifi olan və millidə vurduğu qolların sayını 101-ə çatdıran 35 yaşlı futbolçu, görüşlə bağlı fikirlərini bölüşüb:
“Çox xoşbəxtəm, komandamız qələbə qazandı, hədəfimiz bu idi. İki qol vurmağım və millidə 100, 101-ci qola imza atmağım məni xoşbəxt edir. Özümü yaxşı hiss edirəm. Bu gənc futbolçularla birlikdə oynadığım üçün xoşbəxtəm.
Haqqımda deyilən heç bir sözü düşünmürəm. Karyeram ərzində etdiklərim mənim adıma danışır. Kiməsə nəsə sübut etmək fikrində deyiləm. Nəsə sübut etmək lazım olanda, bunu meydanda göstərirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin